"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
28 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanıb.
Son olaraq Sloveniya təmsilçisi "Koper"in şərəfini qoruyan futbolçu vətənində "İMT Novi Beoqrad", "Vojdovats" Türkiyədə "Konyaspor"un formasını geyinib.