top
Tərlan Əhmədov: Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var Report.az
Today, 15:55
- ↺ +

Tərlan Əhmədov: "Azərbaycan Kubokunda maraqlı qarşılaşmalar və sürpriz nəticələr var"

Azərbaycan Kubokunda sürpriz komanda olmasa da, sürpriz nəticələr qeydə alınıb.

Bunu "Report"a açıqlamasında futbol mütəxəssisi Tərlan Əhmədov deyib.

O, turnirin keçirilmə formatının idmanın inkişafına müsbət təsir göstərdiyini bildirib:

"Azərbaycan Kubokunun oyunları hazırda maraqlı keçir. Aşağı liqaların və Premyer Liqa klublarının bir-biri ilə qarşılaşması yarışa xüsusi maraq qatır. I və II liqalarda keyfiyyətli futbolçular, maraqlı komandalar var. Mübarizə aparırlar, futbol oynamağa çalışırlar. Bu, futbolumuzun və region klublarının inkişafı üçün böyük təkan rolunu oynayır".

T.Əhmədov turnirdə gözlənilməz nəticələrin qeydə alındığını vurğulayıb:

"Turnirdə sürpriz komanda yoxdur, lakin sürpriz nəticələr var. Peşəkar liqalarda çıxış edən kollektivləri sürpriz komanda adlandırmaq olmaz. Lakin nəticə baxımından gözlənilməz məqamlar yaşandı. Məsələn, "Şahdağ Qusar"ın səfərdə MOİK-ə 9:1 hesabı ilə qalib gəlməsi sürpriz nəticə idi. "Sumqayıt"ın "Kür-Araz"ı 11:0 hesabı ilə üstələməsi isə sürpriz sayılmır, çünki komandalar arasında səviyyə və futbolçu keyfiyyəti baxımından fərq böyükdür".

Azərbaycan millisinin sabiq kapitanı kubok qarşılaşmalarının futbolçular üçün özlərini göstərmək baxımından əhəmiyyətli olduğunu qeyd edib:

"Çempionatda yalnız eyni liqanın komandaları qarşılaşır, kubokda isə bütün liqa təmsilçiləri bir-biri ilə üz-üzə gələ bilir. Bu yarış aşağı liqalarda oynayan futbolçuların gündəmə gəlməsi, potensiallarını açması və inkişaf etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu da regional futbolun inkişafına böyük dəstəkdir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Basketball
Today, 16:46

Sabah basketbolçusu Frenki Fidler FIBA Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Others
Today, 16:04

Bakıda keçirilən "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq

Others
Today, 15:15

Zəngilan rayonunda Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib

Football
Today, 15:07

Manchester City futbolçu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Football
Today, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Football
Today, 13:28

AFFA rəsmisi Edmond Klaus: U-15 dünya çempionatı və uşaq liqalarındaki islahatlar gənc futbolçuların inkişafına böyük təcrübə qazandırır

Others
Today, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Football
Today, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketball
Today, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Volleyball
Today, 12:13

Turan qadın voleybol komandası baş məşqçisi Ziya Rəcəbov: Xorvatiyada oyun istədiyimiz kimi alınmadı

Football
Today, 11:21

“Marafon” komandası Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Football
Today, 11:18

Azərbaycan Kubokunun II təsnifat mərhələsində 71 qol ilə məhsuldarlıq rekordu qırıldı

Football
Today, 10:17

TFF, Fənərbağçanın və Qalatasarayın futbolçularını cəzalandırdı

Basketball
Today, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Football
Today, 09:45

Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi təyin ediləcək

Minifootball
Today, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Judo
Today, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır

Football
Today, 09:22

Turan Tovuz, Sabahla 30‑ın 18:30-da Oyun

Football
Today, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm

Judo
Yesterday, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Minifootball
Yesterday, 17:12

Tələh Bəyov: "2026-cı ildə ilin ən yaxşı minifutbolçusu seçilmək mümkün qədər arzuludur"

Qarabagh FC
Yesterday, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Others
Yesterday, 15:48

Elnur Məmmədov: 'Oceanman Azerbaijan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Related news