UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.
Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub.