"Sabah"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək "Orhus"la cavab matçına indiyədək 3600 bilet satılıb.
Bunu "Report"a açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.
"Sabah" - "Orhus" görüşü avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da start götürəcək.
Xatırladaq ki, tərəflər arasında dünən baş tutan matçda Danimarka çempionu qalib gəlib - 2:1.