Türkiyənin "Qalatasaray" klubu Superliqadakı növbəti ev oyununu başqa stadionda keçirəcək.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Sarı-qırmızılar" "Rams Park" arenasının ot örtüyündə görülən işlərlə əlaqədar XII turda "Samsunspor"u "Başakşehir Fatih Terim Stadionu"nda qəbul edəcək.
Xatırladaq ki, noyabrın 21-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.