top
AzVİF Respublika Velotrekində gənclərə velosipedli maarifləndirici tədbirlər təşkil etdi Report.az
Today, 12:20
- ↺ +

AzVİF Respublika Velotrekində gənclərə velosipedli maarifləndirici tədbirlər təşkil etdi

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Qaradağ və Suraxanı Gənclər Evlərinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində maarifləndirici və idman tədbirləri keçirilib.

Bu barədə "Report"a AzVİF-in mətbuat xidmətindən bildirilib.

Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped növünə marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən qurumun baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin onların bu sahəyə cəlb olunması, müvafiq infrastrukturla tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, AzVİF-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.

Daha sonra federasiyanın "Təhlükəsiz İdman" üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tədbir iştirakçıları üçün velosiped növündə beynəlxalq "Təhlükəsiz İdman" mövzusuna həsr olunmuş maarifləndirici təlim keçirilib. Bu zaman idmançıların hüquqlarının qorunması, təhlükəsiz mühitin təmin edilməsi və müvafiq davranış qaydaları barədə məlumat verilib.

Proqram çərçivəsində təşkil olunan infoturda gənclər Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.

Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Judo
Today, 11:50

Zaqreb Qran-prisində qızıl medal qazanan cüdoçu Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır"

Football
Today, 10:44

Arsenal, Bundesliqa aid olan Norveçli qanad oyunçusu Antonio Nusa ilə maraqlanır

Football
Today, 10:16

Luka Modriç milli komandada oyun sayını Lionel Messi ilə bərabərləşdirdi

Basketball
Today, 09:38

VII turun son oyunları bu gün Bakı və Sumqayıtda keçiriləcək

Basketball
Today, 09:21

LANDAU Lions klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun MVP-si seçildi

Football
Today, 07:28

Uqo Lyoris Fransanın futbol tarixində 1 000 peşəkar oyunla rekord qırdı

Others
Yesterday, 19:22

"Kür"ün baş məşqçisi: "Şimali Makedoniya komandasına qarşı matçda maksimum güc sərf etdik, lakin qalib gələ bilmədik"

Others
Yesterday, 17:49

Naxçıvan Karate Uşaq və Yeniyetmə Müsabiqəsi keçdi

Football
Yesterday, 16:03

Mançester Yunayted Nussair Mazraoui'ni saxlamaq niyyətində

Football
Yesterday, 14:05

Azərbaycan U-20 milli komandası İraqla iki yoldaşlıq matçı keçirəcək

Gymnastics
Yesterday, 13:27

Ammar Baxşalıyev 54,850 balla dünya batut gimnastikası finalına yüksəldi

Football
Yesterday, 13:18

Portuqaliya yığmasının üç futbolçusu düşərgəni tərk etdi

Football
Yesterday, 12:03

Aleks Qrimaldo sağlıq probleminə görə İspaniya millətindən ayrıldı

Wrestling
Yesterday, 11:06

Milli Güləş Komandası üçün Fizioterapiya Seminarı Gerçəkləşdi

Football
Yesterday, 10:29

Erlinq Holann UEFA Millətlər Liqasında rekordunu yenilədi

Others
Yesterday, 10:20

Sirill Qan ağır çəkiddə UFC çempionluğunu qorudu

Football
Yesterday, 01:41

Danimarka Portuqaliyayı 4-1lə məğlub etdi

Gymnastics
14 November 2026, 23:57

Azərbaycan gimnastları Nankindəki Dünya Yaş Qrupları yarışında bürünc medal qazandı

Volleyball
14 November 2026, 19:14

"Naxçıvan" VK "Gəncə"ni 3:2 hesabı ilə məğlub edib

Football
14 November 2026, 13:36

AFFA prezidenti Lixtenşteyn üzərində qələbə münasibətilə milli komandayı təbrik edib

Basketball
14 November 2026, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya

Basketball
14 November 2026, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Football
14 November 2026, 08:32

Ronaldinyo Ravenna ilə 2015-dən sonra ilk rəsmi oyunu keçirəcək

Related news