Xorvatiya yığmasının futbolçusu Luka Modriç milli komandada keçirdiyi matçların sayına görə argentinalı oyunçu Lionel Messiyə çatıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, noyabrın 15-də Millətlər Liqasının qrup mərhələsinin VI turunda xorvatların Çexiya kollektivini məğlub etdiyi qarşılaşmada reallaşıb.
Görüş Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. L.Modriç millidəki 208-ci oyununa çıxıb.
Qeyd edək ki, hazırda portuqaliyalı Kriştianu Ronladu milli komandalar tarxində ən çox oyun (234) keçirən futbolçudur.