Türkiyənin "Qalatasaray" klubu braziliyalı futbolçu Qabriel Martinelli üçün İngiltərə təmsilçisi "Arsenal"a 45 milyon avro təklif edib.
"Report" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Hazırda 25 yaşlı hücumçunun İstanbul komandasına keçməyə razı olub-olmayacağı məlum deyil.
Xatırladaq ki, 2019-cu ildən "Arsenal"da çıxış edən Martinelli ötən mövsüm 53 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.