Azərbaycanın millisinin və "Pafos"un futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yaşıl meydanlara qayıdıb.
"Report" xəbər verir ki, 20 yaşlı oyunçu Kipr çempionatının VII turunda "Nea Salamina" komandasına qarşı matçın 70-ci dəqiqəsində meydana çıxıb.
O, Qabriel Teyşeyranı əvəzləyib.
Murad Məmmədovun komandası səfərdə keçirdiyi görüşdən 0:0 hesablı bərabərliklə ayrılıb.
Qeyd edək ki, "Pafos" 7 turdan sonra 12 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. M.Məmmədov Kipr təmsilçisinin heyətində indiyədək 1 qol vurub.