Azərbaycanın I Liqa komandası "Mingəçevir"in baş məşqçi postuna Elman Sultanov gətirilib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssislə 2026/2027 mövsümünü əhatə edən müqavilə imzalanıb.
Qeyd edək ki, "Mingəçevir" I Liqanın ilk turunda "Zaqatala" ilə qarşılaşacaq. I Liqada 2026/2027 mövsümü sentyabrın 3-də start götürəcək.