İngiltərənin "Mançester Yunayted" klubu Fransa təmsilçisi PSJ-nin futbolçusu İbrahim Mbaye ilə maraqlanır.
"Report" "Diario AS"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 18 yaşlı cinah oyunçusunu icarəyə götürmək niyyətindədir.
Artıq tərəflər arasında ilkin danışıqlar da başlayıb.
Xatırladaq ki, İbrahim Mbaye ötən mövsüm Liqa 1-də 24 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA Çempionlar Liqasında 4 matça çıxıb.