İngiltərənin "Mançester Siti" klubu Fransa təmsilçisi "Marsel"in qapıçısı Heronimo Rulyini heyətinə qatıb.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
34 yaşlı qolkiperin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Heronimo Rulyi 2016/2017 mövsümündə də "Mançester Siti"nin formasını geyinib. Amma o, bir dəfə də oyuna çıxmayıb.