"Tottenhem"in mərkəz yarımmüdafiəçisi Lukas Berqvall "Barselona" (İspaniya) və "Napoli"nin (İtaliya) marağına baxmayaraq, komandadan ayrılmayacaq.
"Report" "Football Insider"ə istinadən xəbər verir ki, isveçli futbolçu London klubunda özünü xoşbəxt hiss edir.
20 yaşlı yarımmüdafiəçinin baş məşqçi Roberto De Zerbi ilə yaxşı münasibətləri var. Məhz italyalı mütəxəssis onu yeni müqavilə imzalamağa inandırıb. O, gələcəkdə gənc oyunçunun əsas heyətdə mövqeyini möhkəmləndirəcəyinə əmindir.
Qeyd edək ki, L.Berqvall cari mövsümdə bütün turnirlər daxil olmaqla 6 matçda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.