İngiltərənin "Fulhem" klubu İspaniya təmsilçisi "Real"ın hücumçusu Qonsalo Qarsiya ilə beş illik müqavilə imzalayıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, klub müqaviləni 1 il uzada biləcək.
Klub televiziyasına danışan gənc futbolçu baş məşqçisi Alvaro Arbeloaya təşəkkür edib.
Xatırladaq ki, "Real Madrid"in keçmiş baş məşqçisi Alvaro Arbeloa Fulhem ilə üç illik müqavilə imzalayıb. Q. Qarsiyanın İngiltərə təmsilçisinə transfer xəbəri barədə ilk məlumatı isə insayder Fabritsio Romano yayıb.