top
FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir Report.az
Today, 11:42
- ↺ +

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında 189 komandanın mübarizə aparması gənc futbolçular üçün unudulmaz təcrübədir.

Bunu "Report"a açıqlamasında FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina deyib.

O, turnirin təşkilatçılığını və yaradılan şəraiti yüksək qiymətləndirib:

"Dünyanın hər yerindən gələn gənc futbolçuların burada bir araya gəlməsi və təcrübə qazanması möhtəşəmdir. Onların bir çoxu ilk dəfədir xaricə səfər edir. Bəziləri üçün bu, həyatlarının ən unudulmaz təcrübəsi olacaq. Üç ay əvvəl bu ərazidə heç nə yox idi, indi isə belə müasir idman kompleksi fəaliyyət göstərir".

P.Kollina yarışda ədaləti qoruyan azərbaycanlı hakimlərin əməyini də xüsusi vurğulayıb:

"Onların əməyi olmasaydı, bu yarış baş tutmazdı. Hakimlər böyük məsuliyyətlə çalışır, gündə iki-üç matç idarə edirlər. Göstərdikləri dəstəyə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına və yerli hakimlərə təşəkkür edirəm".

İtaliyalı sabiq FIFA referisi Bakıya dəfələrlə səfər etdiyini diqqətə çatdırıb:

"Hər dəfə bura gələndə müsbət dəyişikliklərin şahidi oluram. Bakıda hər şey yaxşılığa doğru dəyişir".

Xatırladaq ki, mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Football
Today, 11:03

FIFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Others
Today, 10:26

Bakıda Dünya Atletikasının dəstəyi ilə məşqçi seminarı başladı

Volleyball
Today, 10:21

Leyla Əliyeva: EEVZA çempionatında beşinci yer istədiyimiz nəticə deyil

Qarabagh FC
Today, 09:39

Qarabağ U-19 Uşaqları 15:30-da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında Oyunçu

Basketball
Today, 09:32

"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə “Denizli Basket” komandası ilə qarşılaşacaq

Basketball
Today, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Football
Today, 09:08

Azərbaycan Kuboku: II Təsnifat mərhələsinin 5 əlavə oyunu bu gün

Wrestling
Today, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər

Wrestling
Today, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Wrestling
Today, 05:16

Beşqat dünya çempionu Eldəniz Əzizli: Karyerası ilə bağlı açıqlama yaxın həftələrdə veriləcək

Football
Today, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu

Gymnastics
Today, 00:04

Azərbaycan akrobatika və aerobika birincilikləri başladı

Volleyball
Yesterday, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Football
Yesterday, 23:49

Lazio 6-2-ə qalib, Sassuolonu məğlub etdi

Football
Yesterday, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Football
Yesterday, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Football
Yesterday, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır

Football
Yesterday, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Judo
Yesterday, 19:32

Bakıda 20 yaşımgədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Judo
Yesterday, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Others
Yesterday, 17:45

Azərbaycan və Hindistan nazirləri gənclər və idman sahəsində əməkdaşlığı müzakirə etdilər

Football
Yesterday, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Related news