Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin tarixi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.
Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.