İngiltərənin "Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər.
"Report" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı Brennan Conson London təmsilçisindən ayrılaraq "Everton"un oyunçusu olub. 26 yaşlı Duayt Maknil isə əks istiqamətdə "Kristal Pelas"a keçib.
Qeyd edək ki, B.Conson yanvarda Premyer Liqanın digər təmsilçisi "Tottenhem"dən "Kristal Pelas"a transfer olunmuşdu. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 48 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
D.Maknil isə 2025/2026 mövsümündə meydanda olduğu 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.