Erve Renar Fildişi Sahili millisinin baş məşqçisi təyin edilib.
"Report" xəbər verir ki, bu barədə adı çəkilən ölkənin Futbol Federasiyası məlumat yayıb.
57 yaşlı fransalı mütəxəssis 2014-2015-ci ildə də bu yığmaya rəhbərlik edərək Afrika Millətlər Kubokunu qazanıb.
E.Renarın son iş yeri Tunis millisi olub.