Almaniyanın "Borussiya" (Dortmund) klubu Türkiyə təmsilçisi "Fənərbağça"nın futbolçusu Dorjeles Nene ilə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bundesliqa klubu 23 yaşlı yarımmüdafiəçi üçün ilkin müraciət də edib.
"Fənərbağça" Malidən olan oyunçunu 25 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.
Xatırladaq ki, Dorjeles Nene ötən ilin avqustunda "Fənərbağça"ya keçib.