Futbol üzrə İngiltərə millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
"Report" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Baş məşqçi Tomas Tuhel Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") kimi məşhur oyunçuları siyahıya daxil etməyib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.