Futbol üzrə dünya çempionatının Braziliya - Mərakeş oyununda ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında fasilədən sonra hesabda tarazlıq var - 1:1.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
02:54
Futbol üzrə dünya çempionatının Braziliya - Mərakeş oyununda birinci hissə yekunlaşıb.
"Report" xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında ilk hissədən sonra hesabda tarazlıq var - 1:1.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
02:38
Futbol üzrə dünya çempionatının Braziliya - Mərakeş oyununda ikinci qol vurulub.
"Report" xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında Braziliya yığması hesaba tarazlıq gətirib - 1:1.
32-ci dəqiqədə Vinisius dəqiq zərbə müəllifi olub.
02:28
Futbol üzrə dünya çempionatının Braziliya - Mərakeş oyununda hesab açılıb.
"Report" xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən C qrupunun matçında mərakeşlilər hesabda irəli çıxıblar.
İsmael Saibari 21-ci dəqiqədə fərqlənib.
02:04
Futbol üzrə dünya çempionatının Braziliya - Mərakeş oyunu start götürüb.
"Report" xəbər verir ki, C qrupunun matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.
Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.