top
«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib Oxu.az
Today, 11:20
- ↺ +

«Bavariya»da Keyn üç ay çəmənliklərdən kənarda qalacaq, Olise isə pəncə zədəsi ilə görüşü tərk edib

"Bavariya" klubunun iki aparıcı oyunçusu Bundesliqanın X turu çərçivəsində "Köln"ə qarşı keçirilən oyunda (1:1) zədələniblər.

Oxu.Az xəbər verir ki, bu barədə Münhen təmsilçisi rəsmi məlumat yayıb.

"Harri Keynin "Köln"lə oyunda sol ayaq topuğunun sindesmoz bağı qırılıb. Bu fakt Münhen təmsilçisinin həkimləri tərəfindən aparılan tibbi müayinə nəticəsində təsdiqlənib. Beləliklə, 33 yaşlı forvard yaxın aylarda komandasına kömək edə bilməyəcək", - deyə klubdan bildirilib.

Görüşün 20-ci dəqiqəsində "Qızıl top"un sahibi yarımmüdafiəçi Tom Bişofla əvəzlənib. Matçdan sonra onun təxminən üç ay yaşıl meydanlardan uzaq qalacağı barədə xəbərlər yayılıb. Cari mövsümdə Keyn klub səviyyəsində bütün yarışlarda 16 oyunda iştirak edərək, 10 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Bavariya"nın fransalı oyunçu Maykl Olise isə 41-ci dəqiqədə rəqib komandanın yarımmüdafiəçisi Tom Krausla toqquşduqdan sonra fasilədə əvəzlənməli olub. Qarşılaşma başa çatdıqdan sonra Olise "Alyans Arena"dan qoltuqağacı ilə çıxıb ki, bu da azarkeşlərin narahatlığına səbəb olub. Buna baxmayaraq, komandanın tibbi heyəti 24 yaşlı futbolçuya pəncə nahiyəsinin əzilməsi diaqnozunu qoyub. Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompani futbolçunun durumu barədə danışaraq, onun tezliklə yaşıl meydanlara dönəcəyinə ümid etdiyini bildirib:

"Düşünürəm ki, bu, sadəcə ehtiyat tədbiri idi. Ümid edirəm ki, bazar ertəsi Maykl özünü daha yaxşı hiss edəcək".

Olisenin həftənin əvvəlində məşqlərə qatılacağı və gələcək oyunlarda komandasına kömək edə biləcəyi gözlənilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 11:50

Gəncəbasar

Others
Today, 11:26

İmaməddin Xəlilov parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb

Boxing
Today, 11:20

Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionatının yarımfinalına yüksəldi

Others
Today, 10:30

Telefon, hərəkətsizlik, artıq çəki: Məktəblilərin fiziki hazırlığı nə yerdədir?

Others
Today, 10:24

"Portu"nun futbolçusu avtoqoldan sonra ağladı - Video

Football
Today, 10:10

Harri Keyn uzun müddət xəstə yatağında qalacaq

Football
Today, 10:01

"Zəngəzur" UEFA Regionlar Kubokunda Polşanın Dolnoşlyonski komandası ilə ilk oyununu oynayacaq

Football
Today, 09:54

"Çelsi" azarkeşlərinin irqçi davranışı üzrə 150 min funt cərimələnib

Basketball
Today, 09:34

Azərbaycan Basketbol Liqasında I turunda təxirə salınmış oyun bu gün başlayacaq

Football
Today, 09:19

Harri Keyn 3 ay yaşıl meydanlardan kənarda qalacaq

Football
Today, 09:07

Azərbaycan Premyer Liqasında XII turun ikinci gününün qarşılaşmaları

Football
Today, 08:39

Bavariya futbolçusu Maykl Olise ciddi zədələnib

Others
Today, 07:00

"İdmandan kənar": Aclıqdan, küçə həyatından dünya boksunun taxtına - Foto/Video

Others
Today, 01:29

“Bavariya”dan xal itkisi

Football
Today, 00:43

Zamiq Əliyev oyunda, komandası 1-0 uduzdu

Football
Today, 00:17

Misli Premyer Liqası 12-ci tur: "Sumqayıt" - "Sabah" (1:5) | Videoicmal

Football
Yesterday, 15:41

"Real" qapıcısı Tibo Kurtuanın müqaviləsini 2028-ci ilədək uzadıb

Football
Yesterday, 15:32

Azərbaycan qadın futbol millisi Səudiyyə Ərəbistanı ilə 2 yoxlama oyunu keçirəcək

Football
Yesterday, 15:05

Arsenal futbolçuları Bukayo Saka və Martin Subimendi zədələnib, növbəti matçıları qaçıracaq

Volleyball
Yesterday, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simpleks SSS komandası daha ciddi rəqibdir

Wrestling
Yesterday, 13:44

Azərbaycan U-17 güləş millisi Gürcüstanda çempion olub

Football
Yesterday, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Football
Yesterday, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Related news