"Sabah"ın UEFA Çempionlar Lqiasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun mərkəz müdafiəçisi Qabriel Maqalyayns Premyer Liqada 200-cü oyununu keçirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu həmçinin 21-ci qolunu vurub.
O, bunu "Everton"la görüşdə (2:0) başla fərqlənərək reallaşdırıb.
Təcrübəli müdafiəçi Premyer Liqada 200 matç həddinə çatan 11-ci braziliyalı oyunçu olub. O, 2020-ci ilin sentyabrında "Fulhem"ə qarşı debüt qarşılaşmasında da qol vurub. Maqalyayns debütündən bəri çempionatda ən çox "quru" oyun keçirən (79 matç) futbolçudur. "Arsenal"ın çempion olduğu 2025/2026 mövsümündə oyunçu 17, 2023/2024 mövsümündə isə 16 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Futbolçu Premyer Liqada keçirdiyi 200 oyunun 131-də qələbəyə sevinib (65.5 faiz). "Arsenal"da 150-dən çox oyuna çıxan futbolçular arasında yalnız Loren Etame Mayer daha yüksək qələbə faizinə sahibdir.
O, 2020/2021 mövsümündən bəri Premyer Liqada ən çox qol vuran müdafiəçidir. Braziliyalı "Arsenal"ın çempionat tarixində ən çox qol vuran müdafiəçisi Loran Koselnidən (22 qol) cəmi bir top geri qalır. Müdafiəçi 21 qoldan 14-nü başla vurub.
Qeyd edək ki, "Arsenal" - "Sabah" görüşü 2027-ci il yanvarın 28-də İngiltərədə kçeiriləcək.