top
AFFA-nın maarifləndirici təlim proqramı “Şamaxı” və “Qəbələ” akademiyalarında keçirilib Report.az
06 August 2026, 16:31
- ↺ +

AFFA-nın maarifləndirici təlim proqramı “Şamaxı” və “Qəbələ” akademiyalarında keçirilib

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən ölkənin futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində növbəti görüşlər "Şamaxı" və "Qəbələ" akademiyalarında təşkil olunub.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Təlimlər AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, "Eyeball" platforması üzrə layihə meneceri Ziya Əskərov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov tərəfindən keçirilib.

Proqram çərçivəsində məşqçilərlə AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modeli, futbol akademiyalarında vahid inkişaf modelinin tətbiqi, Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun hazırlanması və dünya səviyyəli futbolçuların yetişdirilməsi prinsipləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlim zamanı 5 Ulduz Akademiya İnkişaf Modelinin məqsədi, qiymətləndirmə meyarları, tətbiq mexanizmi və akademiyaların uzunmüddətli inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib. Sessiyalarda həmçinin futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişləri, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, eləcə də akademiyanın bütün yaş kateqoriyalarında vahid məşq və oyun terminologiyasının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub.

Futbolçu inkişafının planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuş "Eyeball" platformasının təqdimatı keçirilib. Təqdimat zamanı platformanın əsas funksiyaları, akademiyalarda tətbiq imkanları, oyunçu inkişafının rəqəmsal mühitdə izlənilməsi və idarə olunmasına verdiyi üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Təlim proqramı qarşıdakı dövrdə də ölkənin müxtəlif futbol akademiyalarında və kiçik futbol məktəblərində davam etdiriləcək.

AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib AFFA Şamaxı və Qəbələ akademiyalarında maarifləndirici təlim keçib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Football
Yesterday, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Football
Yesterday, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır

Football
Yesterday, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Judo
Yesterday, 19:32

Bakıda 20 yaşımgədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Judo
Yesterday, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Others
Yesterday, 17:45

Azərbaycan və Hindistan nazirləri gənclər və idman sahəsində əməkdaşlığı müzakirə etdilər

Football
Yesterday, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Minifootball
Yesterday, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir

Football
Yesterday, 15:44

«Sumqayıt» – «Şəfa» qarşılaşması SOCAR Polimer Arenada baş tutacaq

Football
Yesterday, 14:13

"World Winners Cup Alanya 2026": Azərbaycanın "Marafon" çatma komandası "Sunrise"-ə 8:6 hesabıyla məğlub oldu

Judo
Yesterday, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Football
Yesterday, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır

Chess
Yesterday, 12:33

Shirvan Open 2026 Beynəlxalq Şahmat Festivalının qalibi Murad İbrahimli olub

Wrestling
Yesterday, 12:20

UWW-nin Elmi Komissiyasının iclasında Azərbaycan Güləş Federasiyasının süni intellekt platforması yüksək qiymətləndirildi

Wrestling
Yesterday, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular

Football
Yesterday, 11:52

Azərbaycanın U-15 yığması Maltadakı UEFA İnkişaf Turnirini qalibiyyətlə tamamlaydı

Basketball
Yesterday, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Football
Yesterday, 10:45

Azərbaycan U-15 Milli komandası 1/16 finalda Çili ilə görüşəcək

Chess
Yesterday, 10:28

Çempionlarla Bir Ay: Ustad Dərsləri ilə Gənc Şahmatçılar Bilik Yığdı

Judo
Yesterday, 10:20

Azərbaycanın 5 cüdoçusu 31 oktyabr - 1 noyabr arasında İordaniya'da Asiya Kubokunda yarışacaq

Basketball
Yesterday, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq

Football
Yesterday, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Football
Yesterday, 02:57

Harri Keyn 2025/26 mövsümü üçün Qızıl Top mükafatını qazandı

Related news