top
AFFA I Liqa klublarında danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirildi Report.az
Today, 12:48
- ↺ +

AFFA I Liqa klublarında danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirildi

AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsi tərəfindən I Liqada çıxış edən "Şahdağ Qusar", "Baku Sportinq" və "Xankəndi" klublarının əsas komandalarının futbolçuları və məşqçilər heyəti üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutan tədbir zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, oyun zamanı futbolçuların və məşqçilərin üzləşə biləcəyi risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçi futbolçuların və məşqçilərin oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, danışılmış oyunlar kontekstində futbolçuların və məşqçilərin davranışları həssas məqamlardan biri hesab olunur və bu səbəbdən onların peşəkar davranışı daim yüksək məsuliyyət tələb edir.

Sessiya çərçivəsində futbolçuların və məşqçilərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikası futbolçuların və məşqçilərin fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara və məşqçilərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların və məşqçilərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə məlumat verməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların və məşqçilərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri futbolçuların və məşqçilərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb. Həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə təlimlə bağlı interaktiv suallar verilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib AFFA I Liqa klublarının üzvləri üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiyalar keçirib
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:00

Samir Abasov: 'Sabah' 'Vikinq'ə öz oyununu qəbul etdirə bilsə, qələbə qazanacaq

Football
Today, 12:26

AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq, Samuel Nonqoh'u 1 oyunluq cəzalandırıb

Football
Today, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi

Qarabagh FC
Today, 12:17

"Qarabağ" klubu 3000 manat pyroteknika, 1500 manat ad yazımı üçün cərimələnib

Football
Today, 12:00

Liverpool, Federico Valverde üçün 100 milyon avro təklifi hazırlayır

Football
Today, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Others
Today, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı

Volleyball
Today, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Football
Today, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu

Qarabagh FC
Today, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Football
Today, 10:15

Neftçi 21-ci əsr rekorduna imza atdı

Others
Today, 10:08

Fərid Qayıbov, beynəlxalq yarışlarda 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanmış idmançılarla görüşüb

Volleyball
Today, 09:08

"Turan" CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Football
Today, 09:00

UEFA Çempionlar Liqası IV turunda 9 matç baş tutacaq

Judo
Today, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Football
Yesterday, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Football
Yesterday, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Others
Yesterday, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbija Açırında qızıl medal qazandı

Football
Yesterday, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Others
Yesterday, 19:37

Yusif Qəhrəmanlı 16-cı WSF Avropa Şotokan Karate Çempionasında gümüş medal qazandı

Football
Yesterday, 17:15

Liverpool Virgil van Dijk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Judo
Yesterday, 16:53

Erkenrat-Vimar: "Asiya Kubokunda 5 cüdoçu ilə 5 medal qazanaraq qızlar arasında komanda hesabda birinci olduq"

Football
Yesterday, 16:29

İngiltərə Premyer Liqasının üç klubu Morqan Qibbs-Uaytı izləyir

Related news