top
AFFA hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya təşkil edib Report.az
27 April 2026, 16:44
- +

AFFA hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya təşkil edib

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində bu il də qurumun Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqası hakimləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, sessiyadan əvvəl iştirak edən hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə "quiz" tipli testlər keçirilib.

Bildirilib ki, hakimlər bu sahədə vəzifə və öhdəliklərini yaxşı anlayır və məsuliyyətlərini dərk edirlər.

Sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır.

Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub. Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 00:56

Valdas Dambrauskas: „Victory is the main thing“

Football
Today, 00:18

"Inter" defeated "Betis" in a preseason friendly match

Football
Yesterday, 23:39

Kamilo Duran scores his first official goal for Celtic

Football
Yesterday, 22:57

Cristiano Ronaldo watches Al-Nasr game as a spectator

Football
Yesterday, 22:12

Di Gregorio may return to Monza

Football
Yesterday, 21:30

"Imishli" - "Araz-Nakhchivan" 0:0: Farid Namazov shared his thoughts

Minifootball
Yesterday, 21:15

New head coach appointed at Araz-Nakhchivan

Judo
Yesterday, 20:57

Ilham Zakiyev becomes European champion for the 10th time

Football
Yesterday, 20:13

Bayer Leverkusen defeated Newcastle

Others
Yesterday, 18:52

Mirmehdi Miriyev wins in his fight in Thailand

Others
Yesterday, 18:39

Ronaldo to pay Georgina £850,000 a month for life if they get divorced

Football
Yesterday, 18:28

Felix Uduokhai will leave Beşiktaş

Football
Yesterday, 18:25

"Araz-Naxçıvan"da yeni baş məşqçi təyin edilib

Qarabagh FC
Yesterday, 17:29

"Qarabağ" is the team we should have beaten

Football
Yesterday, 16:00

Crystal Palace sign 21-year-old midfielder

Minifootball
Yesterday, 15:46

Araz-Naxçıvan will play against Imishli with a loss

Judo
Yesterday, 15:11

Ilham Zakiyev qualified for the European Championship final

Basketball
Yesterday, 15:00

Neftchi basketball team signs contract with Jerod Robinson

Judo
Yesterday, 14:57

İlham Zəkiyev Avropa çempionatında finala yüksəlib

Football
Yesterday, 14:18

The reason for Dynamo captain Andrey Yarmolenko's non-participation in the Qarabag match

Football
Yesterday, 13:58

Ferran Torres has joined PSG

Football
Yesterday, 13:38

Jalal Huseynov's team defeated Voluntari

Basketball
Yesterday, 13:18

Neftchi signed a contract with an American basketball player

Basketball
Yesterday, 12:23

Neftçi klubuna yeni basketbolçu qatıldı

Related news