İtaliyanın "Milan" klubu futbolçusu Adrian Rabyonun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddətinin 2030-cu ilin yayınadək artırılacağı nəzərdə tutulur. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ildə bitir.
"Milan" rəhbərliyi Rabyoya daha yaxşı maliyyə şərtləri təklif edib.
Fransalı futbolçu cari mövsüm "Milan"da 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ildə Fransa təmsilçisi "Marsel"dən bu komandaya keçib.