top
Avropa çempionatında üçüncü olan Aydın Süleymanlı: Heç kim bilərəkdən uduzan deyil Report.az
20 April 2026, 13:04
- ↺ +

Avropa çempionatında üçüncü olan Aydın Süleymanlı: "Heç kim bilərəkdən uduzan deyil"

Şahmat üzrə şəxsi Avropa çempionatında heç kim bilərəkdən uduzmaq niyyətində deyil.

Bu barədə "Report"a Azərbaycan şahmatçısı Aydın Süleymanlı açıqlama verib.

Polşanın Katovitse şəhərində keçirilmiş qitə birinciliyində üçüncü yeri tutan 21 yaşlı qrossmeyster çempionluğu son turda əldən verməsinə toxunub:

"Birinci yeri tutmağa yaxın idim. Bunun üçün son turda Məhəmməd Muradlıya qalib gəlməli idim. Amma mümkün olmadı. Görüş heç-heçə bitdi. Təbii ki, hansımızsa qalib gəlsəydik, daha yaxşı olardı. Amma belə alındı. Son turdan əvvəl Məhəmmədlə aramızda söhbət olmamışdı. Belə şeylər qəbulolunmazdır. Biz onunla çox yaxın dostuq. Amma yarışda hamı qalib gəlmək istəyir. Heç kim bilərəkdən uduzan deyil. Düşünürəm ki, belə də olmalıdır. Əvvəlcədən danışıb razılaşmaq qayda pozuntusudur".

Şahmatçı Avropa çempionatının onlar üçün yaxşı keçdiyini sözlərinə əlavə edib:

"Azərbaycanın kişi şahmatçısı son dəfə 2005-ci ildə şəxsi Avropa çempionatında medal qazanmışdı. İndi iki mükafat oldu. Məhəmməd Muradlı da medal qazanmağa yaxın idi. Məncə, turnir pis keçmədi. Bütün azərbaycanlı şahmatçılar yaxşı çıxış etdilər.

Azərbaycan millisinin üzvü 2027-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanmasına da toxunub:

"Hələlik bu barədə çox düşünmürəm. Dünya Kuboku İddiaçılar Turnirinə vəsiqə verəcək. Yarışa hələ çox var. Amma yaxşı çıxış etmək niyyətindəyəm. Orada da özümü yaxşı tərəfdən göstərmək üçün çox çalışmalıyam".

Xatırladaq ki, Azərbaycan təmsilçilərindən Nicat Abasov şəxsi Avropa çempionatında gümüş, Aydın Süleymanlı bürünc medal qazanıb. Ukraynalı Roman Deqityarov qızıl mükafata sahib çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 14:24

Fərid Qayıbov: Təxirə salınan "SportAccord" tədbiri növbəti il Azərbaycanda keçiriləcək

Qarabagh FC
Today, 14:13

AVAR-2 hakimi Misli Premyer Liqasının XIII turundakı təlim məqsədli işlərdə iştirak edəcək

Others
Today, 13:55

İmaməddin Xəlilov Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazandı

Football
Today, 13:37

Aleksandr Sörlot Çempionlar Liqasında zədələnib, iki həftə meydandan kənarda qalacaq

Football
Today, 13:24

Misli Premyer Liqasının 13-cü turunda "İmişli" - "Şəfa" matçının heyətləri açıqlanıb

Football
Today, 13:17

Gürcüstanda UEFA Avropa Liqası matçı öncəsi "Beşiktaş"ın 16 azarkeşi polis tərəfindən saxlanılıb

Boxing
Today, 13:03

Azərbaycan boksçuları İstanda IBA Prezident Kubokunda mübarizə aparacaqlar

Football
Today, 12:36

Tevesin vida matçında Messinin iştirakı təsdiqləndi, Ronaldo isə sual altında qaldı

Football
Today, 12:28

"Sampdoriya"nın Azərbaycan yığmasının üzvü Lorens Mezcotero "İnter", "Yuventus" və "Napoli"nin marağındadır

Others
Today, 12:25

Bakı İdman Sarayında "ExpoSport Azərbaycan 2026" sərgisinin açılışı baş tutdu

Football
Today, 12:13

Dominik Kalvert-Lyuin "Lids"lə 2,5 illik yeni müqavilə imzalayıb

Football
Today, 12:08

FIFA referisi Marçinyak "Mançester Yunayted"in qolunun ləğv edilməsi üzrən istəyib

Football
Today, 11:34

Kimmixin Musiala haqqındakı açıqlamaları «Bavariya» rəhbərliyini narazı qoydu

Football
Today, 11:01

Eyden Heven qışda "Mançester Yunayted"dən icarəyə keçmək istəyir

Football
Today, 10:58

"Bornmut" tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 qələbə qazandı

Football
Today, 10:46

İnter, Azərbaycan U-21 hücumçusu Lorenso Mezzotero ilə maraqlanır

Football
Today, 10:31

İlqar Qurbanov: "Sabah"ın "Barselona"ya qarşı ilk yarısındakı performansı məmnun edən idi"

Football
Today, 10:20

"İnter" Karlos Auquстонun müqaviləsini 2031-ci ilədək uzadıb

Football
Today, 10:04

Beşiktaş UEFA Avropa Liqasında Hapoel Ber-Şeva-yı 2:1 hesabı ilə məğlub etdi

Basketball
Today, 10:01

Neftçi

Football
Today, 09:52

"Bornmut" Avropa Liqasında ilk 5 matçını qazanaraq yeni klub rekordu qırıb

Football
Today, 09:19

UEFA reytinqi: Azərbaycan 24-cü pillədə qoruyub, İsrail keçə bilmədi

Football
Today, 09:00

Misli Premyer Liqasında XIII tur: Neftçi Zirə ilə qarşılaşır

Football
Today, 07:00

Fatih Tekke: Silahlı təhdidlərə boyun əyməyərək UEFA Kubokunu qaldırdı

Related news