18-27 noyabr aralığında Venesuelanın paytaxtı Karakasda keçiriləcək U-20 dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova mübarizə aparacaqlar.