Gürcüstan polisi İstanbulun "Beşiktaş" klubunun 16 azarkeşini saxlayıb.
QOL.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə keçirilən oyun öncəsi Batumidə yürüş təşkil edən "Beşiktaş" azarkeşləri ilə polis arasında bir neçə dəfə toqquşma baş verib.
Gürcüstan DİN-in açıqlamasında bildirilib.
"Beşiktaş" azarkeşləri Türkiyə və Fələstin bayraqları qaldıraraq Fələstinə dəstək şüarları səsləndiriblər.
Türkiyə mətbuatının məlumatına görə, azarkeşlərin tribunalarda Fələstin bayraqları və bannerləri açmağa çalışmasından sonra gərginlik artıb. Gürcüstan polisi müdaxilə zamanı bibər qazından da istifadə edib. Bir neçə nəfərə tibbi yardım göstərilib, xəsarət alanlardan biri isə stadiondan xərəkdə çıxarılıb.
Xatırladaq ki, tribunalarda baş verən insident səbəbindən 35 dəqiqə dayandırılan qarşılaşma "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.