"Gəncə" kapitanı Carvis Qarretlə müqaviləni yeniləyib.
"Report" xəbər verir ki, 31 yaşlı basketbolçu ilə anlaşma növbəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-li basketbolçu ötən mövsüm Azərbaycan Kubokunun final qarşılaşmasında ən dəyərli oyunçu (MVP) seçilib.