"Gəncə" basketbol klubu amerikalı hücumçu Nik Ellinqtonu heyətinə cəlb edib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb.
203 santimetr boya malik Nik Ellinqton karyerasında ilk dəfə ölkəsindən kənarda çıxış edəcək.