İngiltərənin "Çelsi" klubunun hücumçusu Mark Qiu Almaniyanın "Leyptsiq" komandasına transfer olunub.
"Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
M.Qiu 2025-ci ildən İspaniyanın U-21 millisində çıxış edir.
Qeyd edək ki, 2024-cü ilin yayında "Barselona"dan "Çelsi"yə keçən 20 yaşlı futbolçu London klubunun heyətində 29 matçda 8 qol vurub. O, ötən il komandası ilə UEFA Konfrans Liqasının və klublararası dünya çempionatının qalibi olub.