Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün ən yaxşı baş məşqçisi bəlli olub.
"Report" NBA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Bostan"dan Co Mazzulla bu ada layiq görülüb.
37 yaşlı mütəxəssis səsvermədə Cey Bi Bikerstaff ("Detroyt Pistons") və Mitça Consonu geridə qoyub.
Xatırladaq ki, "Bostan" müntəzəm mövsümdə 56 qələbə qazanıb və Şərq Konfransında ikinci yeri tutub. Komanda pley-offun ilk turunda "Filadelfiya"ya uduzub.