top
Sahib Ələkbərov Bakı-Xankəndi velosiped yarışının təşkilatçılığından və komandaların xoş təəssüratlarından danışıb Sport24.az
13 may 2026, 14:29
- +

Sahib Ələkbərov "Bakı-Xankəndi" velosiped yarışının təşkilatçılığından və komandaların xoş təəssüratlarından danışıb

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının yüksək səviyyədə keçdiyini bildirib. Sport24.az xəbər verir ki, Turnirin Təşkilat Komitəsinin sədri olan funksioner yarışın təşkilatçılığı və təhlükəsizlik tədbirləri barədə danışıb.

 

Sahib Ələkbərov yarışın təşkilatçılığından razı qaldığını bildirib. O qeyd edib ki, ölkənin bütün bölgələrində iştirakçıları cəlbedici təbiət mənzərələri qarşılayır və turnir plan üzrə uğurla davam edir. Funksionerin sözlərinə görə, yarış müddətində təhlükəsizliklə bağlı bütün zəruri tədbirlər görülüb. Ələkbərov hesab edir ki, Azərbaycanda çıxış edən 24 komandanın hamısı ölkədən xoş təəssüratlarla ayrılacaq və gələcəkdə yenidən buraya qayıtmaq istəyəcək. O, həmçinin mükafatçılara təbriklərini çatdırıb.


Təşkilat Komitəsinin sədri ölkədə velosiped idmanına marağın böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, həvəs olan yerlərdə bu istiqamətdə işlər təbii şəkildə inkişaf edir. Funksioner qeyd edib ki, elə kəndlər var, sakinlər maşından istifadə etmədən gündəlik həyatlarında velosiped sürürlər.

 

O əlavə edib ki, son yeddi-səkkiz ay ərzində bir sıra rayonlarda velosiped bölmələri yaradılıb və həmin bölmələr zəruri avadanlıqla təmin olunub. Uşaqların da bu idman növünə cəlb edildiyini vurğulayan Ələkbərov Gədəbəy, Qəbələ və Şamaxıda bölmələrin fəaliyyət göstərdiyini, Qazaxda da belə bir bölmənin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

 

Qeyd edək ki, veloyürüşün Qəbələ-İsmayıllı üzrə üçüncü mərhələsinin qalibi Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa olub. Bakı-İsmayıllı üzrə ikinci mərhələsinin qalibi Qazaxıstanın "XDS Astana" Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub. Bakı-Sumqayıt üzrə yarışın ilk mərhələsinin qalibi isə Çinin "Li-Ninq Star" komandasının belarusiyalı üzvü Aleksey Şnirko olub.

 

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Bu gün, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Bu gün, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Bu gün, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Bu gün, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Bu gün, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Bu gün, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Bu gün, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Bu gün, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Bu gün, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Bu gün, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Bu gün, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Bu gün, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Bu gün, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Bu gün, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Bu gün, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Bu gün, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Bu gün, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Bu gün, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Bu gün, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Bu gün, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Bu gün, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Bu gün, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Bu gün, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər