top
Roman Yahodanın Təməldən təfərrüata kitabının təqdimatı qazilərin reabilitasiyasına və idmançıların müşayiətinə həsr olunub Report.az
28 fevral 2026, 11:40
- +

Roman Yahodanın "Təməldən təfərrüata" kitabının təqdimatı qazilərin reabilitasiyasına və idmançıların müşayiətinə həsr olunub

Azərbaycan İdman Akademiyasının (ASA) Fizioterapiya təhsil proqramı üzrə məsul şəxsi, Avstriyanın "Complex Core+" təşkilatının icraçı direktoru Roman Yahodanın hazırladığı "Təməldən təfərrüata" kitabının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, ASA-nın rektoru Fuad Hacıyev, bir sıra dövlət qurumlarının məsul şəxsləri, hərbçilər, qazilər, akademiyanın əməkdaşları, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bu kitabda öz əksini tapmış kompleks reabilitasiya və bərpa məşq hərəkətləri əsasında və Böyük Britaniyanın UCL Universitetinin protokollarına istinadən, həmin universitetin professoru, Akademiyanın magistr proqramının rəhbəri Mayk Luzmorun rəhbərliyi altında, ASA-nın idman tibbi tədqiqatları laboratoriyasının əməkdaşlarının, "İdman tibbi və reabilitasiya" magistr proqramının məzunlarının iştirakı və bu kitabın müəllifi, Avstriyanın "Complex Core" təşkilatının rəhbəri, Akademiyanın "Fizioterapiya" proqramının məsul şəxsi Roman Yahodanın heyətinin (komandasının) dəstəyi ilə hərbi qulluqçuların və qazilərin reabilitasiyası, həmçinin milli yığma komandaların idmançılarının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti ilə həyata keçirilib.

Müharibə və post-müharibə dövründə reabilitasiyadan keçən 110 hərbi qulluqçunun 75%-i sağlamlığı bərpa olunduqdan sonra yenidən ordu sıralarına qayıdıb.

İdman tibbi tədqiqatları laboratoriyasında müxtəlif idman növləri üzrə milli federasiyaların və klubların ümumilikdə 500-dən çox idmançısının funksional diaqnostikası və tibbi-bioloji müşayiəti həyata keçirilib.

ASA və "Complex Core" təşkilatının birgə layihəsi olan bu kitab ölkəmizdə bu sahə üzrə çap edilmiş ilk tədris vəsaitidir.

Kitabın reabilitasiya, idman məşqi, fiziki hərəkətlər mövzusunda məzmuna uyğun foto çəkilişləri tələbələrin iştirakı ilə "MediaLab"da, tərtibatı isə idman jurnalistikası magistrlərinin vasitəsilə İdman Akademiyasında aparılıb.

Bildirilib ki, kitab tələbələr üçün dərs vəsaiti olmaqla yanaşı, həm də fizioterapistlər, məşqçilər, fitnes mütəxəssisləri üçün gündəlik iş fəaliyyətlərində istifadə edə biləcək bir bələdçi olacaq.

Daha sonra müəllif oxucular üçün kitabları imzalayıb, onların suallarını cavablandırıb.

Sonda xatirə fotosu çəkdirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər