top
“Qırmızı iblislər”in Almaniya səfəri - TƏQDİMAT İdman.biz
03 iyun 2024, 17:08
- ↺ +

“Qırmızı iblislər”in Almaniya səfəri - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 11 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə E qrupunun komandalarını nəzərdən keçirəcəyik. Qrupun favoriti olan Belçika yığması çempionatda da uğur qazanmağa namizədlər sırasındadır.

Millimizin Almaniyaya yolda saldığı komanda

"Qırmızı iblislər" AVRO-2024-ə ən erkən vəsiqələrdən birini qazanıb. Onlar Fransa və Portuqaliya kimi oktyabrın 13-də, seçmə mərhələnin sonuna üç tur qalmış Almaniyaya bilet əldə edib. Azərbaycan millisinin də yer aldığı qrupda çıxış edən Domeniko Tedeskonun yetirmələri tsikli məğlubiyyətsiz 1-ci yerdə başa vurublar. Düzdür, Belçika əsas rəqibləri Avstriya və İsveçlə ev matçlarında heç-heçə edib. Amma səfərdə "qırmızı iblislər" xal itkisi nə olduğunu bilməyib. Tedeskonun komandası Bakıda 1:0 hesablı qələbə ilə başladığı seçmə mərhələni məhz millimizlə oyunla yekunlaşdırıb. Formal xarakter daşıyan qrup birincisi olmaq üçün mübarizə aparan Belçika Almaniyaya getməzdən öncəki son rəsmi matçında komandamıza 5 cavabsız qol vurub. Bunun da dördünə Romelu Lukaku imza atıb.

"Qızıl nəsil" qızıl arzusunda

Belçika futbolunun "qızıl nəsli"nin bəzi üzvləri ya karyerasını, ya millidəki çıxışını başa vursalar da, hələ də ulduz bolluğu müşahidə olunur. Romelu Lukaku qolları, Kevin de Bruynenin assistləri, Tibo Kurtuanın qurtarışları istənilən komandaya uğur üçün lazım olan elementlərdir. Belçikalı azarkeşlər də hələ titul ümidini itirmədiyindən Almaniyada böyük uğur arzusundadırlar. İndiyədək 6 dəfə Avropa çempionatlarının final mərhələlərinə qatılan "qırmızı iblislər" son iki turnirdə 1/4 finalda dayanıb. AVRO-1980-nin gümüş, AVRO-1972-nin bürünc mükafatı isə çox keçmişdə qalıb. Qatıldığı 14 mundialdakı qazancı iki yarımfinal olan Belçika 2018-ci ildə bürünc, 1986-cı ildə dördüncü yerlə kifayətlənib.

Belçika millisinin qrupdakı oyunları:
17 iyun. Belçika - Slovakiya
22 iyun. Belçika - Ukrayna
26 iyun. Ukrayna – Belçika

Qeyd edək ki, E qrupunun görüşləri 5 fərqli şəhərdə - Ştutqart, Frankfurt, Köln, Münhen və Düsseldorfda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:34

“Kür”ün legioneri: “Rəqib bizdən fərqli olaraq müntəzəm şəkildə çempionatda oynayır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:28

Anton Krivotsyuk millinin heyətindən çıxarıldı

Digər
Bu gün, 19:12

ORDU Avrokubokda cavab oyununa çıxır

Digər
Bu gün, 19:12

“Kür”ün baş məşqçisi: “Bu məğlubiyyət artıq keçmişdə qaldı, cavab oyununda qalib gəlmək lazımdır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:07

AFFA tribunalı futbolçunun cəzasını azaltdı, “Lion”la bağlı qərarı ləğv etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Futbol
Bu gün, 18:34

Buffon: Harri Keyn 'Qızıl top'u layiq qazanıb

Futbol
Bu gün, 18:29

Zidanın məyus olmasının səbəbi: müdafiədə problemlər

Futbol
Bu gün, 18:19

Ronaldinho 11 il sonra İtaliyada C Seriyası matçında çıxır

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Futbol
Bu gün, 16:28

Toral Bayramovun Lixtenşteyn konfransındakı “qapıda da” sualına gülə-gülə cavab

Futbol
Bu gün, 16:20

Vinisius Junior 31,3 milyon avro ilə dünyada ən çox maaş alan braziliyalı futbolçudur

Oxşar xəbərlər