top
Merih Demiral bozqurd işarəsini niyə göstərdi: VYANA QAPILARINA TOPLU ZƏRBƏ Lent.az
03 iyul 2024, 12:35
- ↺ +

Merih Demiral bozqurd işarəsini niyə göstərdi: VYANA QAPILARINA TOPLU ZƏRBƏ

Hələ 4 əsr əvvəl türklər Vyana qapılarını ikinci dəfə döyməyə başlayanda, Avropada çoxları onlara barbar kimi baxırdı. Hətta ölümü də gülərək qarşılayan bu çılğın millət Bizansın fəthindən bəri dünyanın ən güclü ordularına köks ötdürürdü. O vaxt havanın əlverişsizliyi və ordu tədarükünün gecikməsi ilə türklər keçmiş adıyla Konstantinopol olan İstanbula fəthsiz qayıtmışdılar. 

Dünən də hava əlverişsiz idi, Türkiyə millisi Avstriya ilə oyuna itkilərlə çıxmışdı. Çoxları düşünürdü ki, "üçüncü Vyana mühasirəsi" də uğursuzluqla nəticələnəcək. Bununla belə, vaxtilə Nazim Hikmətin yazdığı kimi, uşaqlar inandılar və bacardılar. Necə ki, 2002-də İlhanlar, Yıldıraylar, 2008-də Nihatlar, Semihlər inanmışdı. Zaman keçdikcə, bu anların dəyərini daha çox anlayıb, dərk edirsən. Elə bu qələbənin də mahiyyəti zamanla daha çox anlaşılacaq, mənimsənəcək. Milli yaddaşın bu epizodlarla zənginləşməsi milli kimliyin də möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edir. 

Oyunu 90 dəqiqə izləmiş hər kəsə məlumdur ki, Türkiyə Avstriyanı milli ruh hesabına keçdi. Avropanın qapısı yalnız avropalılara açılmır, Avropa onu kim daha çox istəyirsə, ona qucaq açır. Bu, tarixi təcrübədir və bu təcrübəni ən çox yaşayan millət də türklərdir. Vaxtilə Konstantinopol türk ordusuna qapılarını taybatay açanda, Papa Avropada günlərlə yas elan etmiş, kilsələr məscidə çevrilmiş, onların üzərlərində aypara yüksəlmişdi. Tarix qalibi mühakimə etmir və onun şanının unudulmasına imkan vermir. Tarix təkərrür edir, siyasətdə, idmanda və digər bütün sahələrdə. 

Bu gün Vyana, Krakov, Karlsruhe kimi şəhərlərin muzeylərində Osmanlıdan qalan çadırlar, silahlar və bayraqlar sərgilənir. Bunlar türklər üzərindəki qələbənin simvoludur. O vaxt avropalıların canına lərzə salan Mehtər marşı oyundan qabaq Leypziq küçələrində bu qədim ənənəyə yeni nəfəs verən türk azarkeşlərin sayəsində ərşə yüksəlmişdi. Bu, "bizim olanı almağa gəlmişik" mesajı idi. Yenə eyni istəklə, vətən eşqi və bayraqlarla… 

Dünən qələbədən sonra iki qola müəlliflik edərək oyunun ən yaxşısı seçilən Merih Demiralın tribunalara bozqurd işarəsini göstərməsi xüsusilə diqqətimizi çəkdi. Məlumdur ki, bozqurd türklərin milli simvoludur. Qədim türklər inanırdılar ki, türk milləti bir bozqurdun nəslindən törəyib. Türkçülər də bu ənənəni yaşadıb, bu işarəni özlərinin əsas simvoluna çeviriblər. Bəs Merih bozqurd simvolunu ani sevincin təsiriyləmi göstərdi? 

Əlbəttə, xeyr. Məsələ burasındadır ki, 5 il əvvəl Avstriyada "radikallıq və siyasi İslamla mübarizə" adı altında türkçülüyün simvolu olan işarələr də qadağan edilib. Türk xalqlarının bu qərara etirazı fonunda dövrün baş naziri Sebastian Kurz yazırdı: "Bizim təməl demokratik dəyərlərimizi qəbul etməyərək onlara qarşı çıxan şəxsləri və qurumları ölkəmizdə istəmirik". 

Elə türklər demiş, qədərin cilvəsinə bax ki, dünən Türkiyə millisi özünü əsl ev sahibi kimi göstərdi. Tribunaları dolduran on minlərlə azarkeş illər öncəsinə aid bu açıqlamanın cavabını artıqlaması ilə verdi. Türklərin dəfələrlə qapısını döydüyü Vyanada bu qərarın qüvvəyə minməsi təsadüfi deyil. Avstriyalılar tarixin ən döyüşkən millətlərindən birinə keçid vermədikləri üçün öyünməyə davam edirlər. Bu, Merihin qələbə sevincini bu şəkildə qeyd etməsinin əsas səbəbidir. 
Oyundan sonrakı müsahibəsində ilk dəfə Atatürkün 1933-cü ildəki çıxışında istifadə etdiyi "Ne mutlu Türküm diyene" sözlərindən istifadə edən Merih Demiral Vyana qalasının son daşını da dağıtmış oldu. 

Dünən türklərin qalasını dağılmağa qoymayan Mert Günok, türklərin qızıl nəslinin ən parlaq oyunçusu hesab edilən Arda Gülər də daxil olmaqla, qəlbindəki ümidi sonuncu fitə qədər yaşadan bütün futbolçulara təşəkkür düşür. Məşhur filmdə də deyildiyi kimi, ümid yaxşı şeydir, bəlkə də ən yaxşısı...

1683-cü ildə böyük ümidlərlə Vyananın köməyinə gələn Polşa kralı Yan Sobieski türkləri məğlub etdikdən sonra "Tanrı belə istədi" ("Deus vincit") deyib, evinə yollanmışdı. Bu gün türklərin qələbəsini istəyən də həmin Tanrı idi. Deus vincit! /apasport.az

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:22

Mark Kukurelya, Vinicius Juniorın forması və emosional vəziyyəti barədə müdafiə etdi

Basketbol
Bu gün, 19:02

"LANDAU Lions"un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda həftənin bombardiri seçildi

Futbol
Bu gün, 18:59

Martin Subimendi "Atletiko"dan heç kimin onunla danışmadığını bildirib

Futbol
Bu gün, 18:48

Andrey Demçenko Qazaxıstanın "Jenis" klubuna baş məşqçi qayıtdı

Boks
Bu gün, 18:47

Məhəmməd Abdullayev Budapeştdə +90 kq-də Gilbert Kabamba ilə qarşılaşacaq;

Cüdo
Bu gün, 18:36

IJF Zaqreb Qran-Prisində Uşanqi Kokaurinin əsas rəqibi Kənan Nəsibov olduğunu açıqladı

Minifutbol
Bu gün, 18:30

Futsal Yüksək və Birinci Liqaların 2026/2027 mövsümünün püşkatma mərasimi 19 noyabrda

Futbol
Bu gün, 18:29

Dirk Kuyt-ın Utrecht klubundan məşqçi təklifi

Futbol
Bu gün, 18:25

Lamin Yamal UEFA Millətlər Liqasının noyabr oyunlarını diz zədəsi səbəbindən buraxa bilər

Futbol
Bu gün, 18:12

Kristal Pelas baş məşqçisi Pyer Sajı cəmi 5 ay sonra azad etdi

Digər
Bu gün, 18:09

Azərbaycan karateçiləri Gənc və Uşaq İdmançılarından ibarət milliləri Tbilisidə "Tbilisi Open 2026" beynəlxalq turnirində mübarizə aparacaq;

Futbol
Bu gün, 18:02

Neftçi U-19-U-15 komandaları üçün antidopinq seminarı keçirildi

Futbol
Bu gün, 18:00

Bologna müdafiəçisi Xuan Miranda Juventusun radarına düşüb

Qarabağ FK
Bu gün, 17:56

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Moludiya”nın transfer hədəfi

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Oxşar xəbərlər