top
İdman TV-də kadr axını: Şərhçilər telekanalı niyə tərk edir? Idman.biz
23 sentyabr 2025, 18:11
- ↺ +

İdman TV-də kadr axını: Şərhçilər telekanalı niyə tərk edir?

Son vaxtlar İdman TV-ni bir sıra tanınmış və peşəkar şərhçilər tərk ediblər.

İdman.biz-in məlumatına görə, telekanalı son bir həftə ərzində şərhçi Tural Məmmədli və jurnalist Vüqar Vüqarlı tərk ediblər.

Tural Məmmədli saytımıza açıqlamasında bildirib ki, o, uzun müddətdir İdman TV-dən ayrılmağı düşünürdü.

"Orada 13 il işləməyimə baxmayaraq, ayrılmaq qərarına gəldim. Bu, mənim yeganə iş yerim olub. 2012-ci ildə çoxsaylı iştirakçılar arasında keçirilən müsabiqənin qalibi olaraq telekanala qəbul edilmişdim. Lakin iş şərtlərində anlaşa bilmədik. Açığı, bu qərarı uzun müddət ertələdim, amma nə qədər çətin olsa da, sonda kanalı tərk etməyə məcbur qaldım", - deyə Məmmədli qeyd edib.

O, İdman TV-ni tərk edən beşinci şərhçi olub. Daha əvvəl Ramiz Mirzəzadə, İsmayıl Abdullayev, Fərid Ramazanov və İqbal Astaxov da telekanaldan ayrılmışdılar.

Məmmədli əlavə edib ki, əgər orada yaxşı şərait və mühit olsaydı, heç kim getməzdi: "Biz hamımız birlikdə İdman TV-ni inkişaf etdirdik, sosial şəbəkələrdə çoxlu izləyicilərimiz var idi. Digər dostlar məndən əvvəl getdilər, mən isə bir qədər gecikdim. Əlbəttə, əvvəllər mühit daha yaxşı idi, amma indi artıq 2025-ci ildir. Ona görə də belə davam edə bilməyəcəyimi dedim və ərizəmi yazaraq ayrıldım".

Tanınmış şərhçi vurğulayıb ki, bütün bunlara baxmayaraq, İdman TV-yə minnətdardır, çünki məhz orada peşəkar kimi formalaşıb. Hazırda isə o, bir neçə "YouTube" layihəsi ilə əməkdaşlıq edir və Ağdamın "Qarabağ" klubu ilə çalışır.

Teymur Tuşiyev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Bu gün, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Bu gün, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Oxşar xəbərlər