top
İdman bürcü - Astroloji PROQNOZ: 3-9 iyun İdman.biz
02 iyun 2024, 11:03
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 3-9 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoçlar həftə ərzində çox məşğul olacaq. Həftənin ilk günlərində müxtəlif problemləri həll etməyə hazır olmalısınız. Çərşənbə günü işgüzar təkliflər başlayacaq. Onlar barədə düşünməli olacaqsınız, lakin gələcəkdə əldən verilmiş fürsətlərə görə peşman olmamaq üçün yenə də bu təklifləri qəbul etməyə dəyər. Həftə sonlarını istirahət etməlisiniz. Sağlamlığınızı qoruyub saxlamaq və enerjinizin tükənməsinin qarşısını almağın yeganə yolu budur. Cüdo, sambo, tennis, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Buğa
Həftəniz rahat keçməyəcək. Buğa alacağı xəbərləri həzm etmək məcburiyyətində qalacaq və bu, onların planlarına sirayət edəcək. Həftənin ortasında maddi məsələləri həll etməyə çalışacaqsınız. Lakin bunun elə də uğurlu olacağı gözlənilmir. Həftə sonuna yaxın şəxsi həyatınızda bəzi dəyişikliklər olacaq. Nə baş verdiyini araşdırmalı, ən yaxşı şəkildə necə hərəkət edəcəyinizi düşünməlisiniz. Bu günlərdə, həm də radikal qərarlar verə bilərsiniz. Sadəcə, əvvəlcə, bunun hansı sonluqla bitəcəyini dəfələrlə düşünməlisiniz. Stolüstü tennis, gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Əkizlər
Həftə çox məhsuldar olacaq. Bu, sosial sahədə dəyişikliklərlə özünü büruzə verəcək. Bu günlərdə sizi bürc ortaqlarınızla tanışlıqlar gözləyir. Onlarla normal ünsiyyət quracaq, faydalı əlaqələr yaradacaqsınız. Çalışın əkizlərdən yaxşı mənada faydalanasınız. Çünki onların vasitəsilə müəyyən yüksəkliklərə çatmağın mümkünlüyü gözlənilir. Həftə ortasında peşəkar işlərlə məşğul olmalı və onları həll etməlisiniz. İstirahətinizə ciddi fikir verin. Passiv həyatdan uzaq durmaq məsləhətdir. Hokkey, stolüstü tennis, həndbol, basketbol və voleybol növlərində hədsiz uğurlar gözlənilir.

Xərçəng
Həftə xərçənglərə müjdələr bəxş edəcək. Sizi böyük irəliləyişlər gözləyir. Qarşınızda çoxlu imkanlar açılacaq. Bütün bunlar həftənin birinci yarısında baş verəcək. Bəzi məqamlarda hadisələr gözlənilməz şəkildə cərəyan edə bilər, lakin təmkinli olmağa çalışın. Həftəsonu əyləncələrə daha çox üstünlük verəcəksiniz. Qarşınıza hər hansı bir məqsəd qoysanız, mütləq onu reallaşdırmaq imkanınız olacaq. Həmçinin, bu günlərdə yaxınlarınızla əlaqələrinizi gücləndirə biləcəksiniz. Çövkən, cüdo, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Şir
Həftə şirlər üçün bir qədər çətin keçəcək. Həftənin əvvəlində çətinliklərlə üzləşmələr görünür. Bunların öhdəsindən gəlmək və bəzi problemləri həll etmək məcburiyyətində qalacaqsınız. Lakin, tədricən yumşalmaları hiss edəcəksiniz. Bir şərtlə ki, mübarizədən əl çəkməyin. Əks təqdirdə, bu, sizi çox sarsılda bilər. Həftəsonu isə ürəyinizcə olacaq. Əhəmiyyətli bəxşişlər, hədiyyələr almaq ehtimalı yüksəkdir. Sağlamlığınızla bağlı problem yaşanmayacaq. Atçılıq, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Qız
Qılar üçün həftə əlverişli başlayacaq. Bazar ertəsi yeni vəzifələrə təklif almaq şansınız olacaq. Bu təkliflərə dırnaqarası yanaşmayın, olduqca bundan faydalanmağa çalışın. Həftənin ortasında diqqətinizi peşəkar sahəyə yönəldəcəksiniz. Bu halda çeviklik nümayiş etdirməli və qeyri-standart yanaşmalardan qaçın. Həftə sonları iş tərəfdaşlarınızla ünsiyyət qurmalı və bəzi mövzuları müzakirə etməlisiniz. Darıxdırıcı məqamlardan mütləq şəkildə əl çəkməlisiniz. Bu halda müsbət dəyişikliklərin şahidi ola bilərsiniz. Basketbol, güləş, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Tərəzi
Həftəboyu kifayət qədər imkanlar olacaq, sadəcə onları görmək və istifadə etməyə başlamaq lazımdır. Həftənin ilk günündən ideyalarınızın icrasına başlamalısınız. Ətrafdakılarınızdan kömək ala bilərsiniz. Bu halda aktiv fəaliyyətə keçmək olar. Öz təcrübənizə güvənməklə istəklərinizə nail ola biləcəksiniz. Həftəsonu çox düşərli olacaq. Bu, maddi imkanlarınızın artması ilə də özünü büruzə verəcək. Daha yaxşı olar ki, özünüz üçün qeyri-adi, fərqli bir istirahət edəsiniz. Futbol, şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Əqrəb
Hətə ərzində hər bir hadisəyə müdaxilə etmək lazım gələcək. Tam gücünüzü sərf etməli, ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirməlisiniz. Beləliklə, liderlik mövqeyini tutacaqsınız. Lakin, bu, heç də rahatlıqla baş verməyəcək. Sərf etdiyiniz enerji sərfiyyatı əsəblərinizi qıcıqlandırmasın. Günlər keçdikcə, buna alışacaqsınız. Həftənin ortasından sonuna qədər insanlarla münasibətlərinizə fikir verməlisiniz. Çoxdan arzuladığınız sevgiyə nail olacaqsınız. Güləş, qılıncoynatma, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Oxatan
Oxatanlar bu həftəni çox dinamik başa vuracaqlar. Bu günlər sizin üçün parlaq və əhəmiyyətli olacaq. Unutmayın ki, yalnız bazar ertəsi problemləri həll edəcək gücdə olacaqsınız. Çərşənbə axşamından etibarən uzaq yolçuluqlar gözlənilir. İmtina etməsəniz, bundan yeni təcrübə, eləcə də xoş təəssüratlar qazana bilərsiniz. Həftə sonuna yaxınlaşdıqca, istirahətinizə də vaxt ayırmağı unutmayın. Səhhətinizlə bağlı problem olmayacaq. Basketbol, həndbol, güləş, voleybol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Oğlaq
Müsbət planlara malik oğlaqlar üçün bütün həftə boyu çox böyük imkanlar açılacaq. Bundan maksimum faydalanmağa çalışın. Beləcə davam etsəniz, o zaman peşəkar sahədə mütləq uğur qazanacaqsınız. Həmçinin, şəxsi məsələləri həll edə, bir çox problemlərinizi bağlaya biləcəksiniz. Həftə sonları heç bir iş başlamağa meyllənməyin. Zatən, buna ehtiyac yolmayacaq. Sadəcə, bütün məsələləri bir kənara qoyub tərəfdaşlarınızla münasibətlərə fikir verin. Onlarla görəcəyiniz hər hansı bir iş, sözsüz ki, effektli olacaq. Üzgüçülük, güləş, futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Dolça
Dolçalar bu həftə təhlükəsiz sınaq keçirə bilərlər. Bütün gününüzü yaradıcı işə həsr edə bilərsiniz. Özünüzü yaxşı ifadə edə, istedadınızı göstərə biləcəksiniz. Eyni zamanda insanlarla ünsiyyət zamanı da uğurlu addımlar vəd edilir. Həftənin ortasında mütləq bir neçə görüş keçirməli və təəssüratlarınızı bölüşməlisiniz. Kimsə ilə birlikdə maliyyə məsələlərini müzakirə etmək və xərcləmə planı tərtib etmək olmaz. Məşqlərinizi dayandırmamaq şərtilə normal istirahətə vaxt ayıra bilərsiniz. Avarçəkmə, sambo, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Balıqlar
Həftə bəzi dəyişikliklərlə yadda qalacaq. Odur ki, yalnız ağılla hərəkət etməlisiniz. Öz intuisiyalarınızdan istifadə etməli, ona qulaq asmalı olacaqsınız. Yalnız bu vəziyyətdə hər şey istədiyini kimi olacaq. Bu halda, eyni zamanda enerjiniz də artacaq. Bütün bunlara baxmayaraq, bəzi çətin işləri öhdənizə götürün. Onları həll etmək çətin olmayacaq. Çərşənbə günündən etibarən şəxsi məsələlərlə məşğul olmaq, onları iş məsələləri ilə birləşdirmək mümkün olacaq. Həftə sonları mütləq mənada idmanla bağlı məsələlərinizi həll edin. Üzgüçülük, karate, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Bu gün, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Digər
Bu gün, 19:58

Sabiq “Beşiktaş”lı Fransada

Futbol
Bu gün, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Bu gün, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Digər
Bu gün, 19:28

Anton Krivotsyuk millinin heyətindən çıxarıldı

Digər
Bu gün, 19:12

ORDU Avrokubokda cavab oyununa çıxır

Digər
Bu gün, 19:12

“Kür”ün baş məşqçisi: “Bu məğlubiyyət artıq keçmişdə qaldı, cavab oyununda qalib gəlmək lazımdır” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:07

AFFA tribunalı futbolçunun cəzasını azaltdı, “Lion”la bağlı qərarı ləğv etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Futbol
Bu gün, 18:34

Buffon: Harri Keyn 'Qızıl top'u layiq qazanıb

Futbol
Bu gün, 18:29

Zidanın məyus olmasının səbəbi: müdafiədə problemlər

Futbol
Bu gün, 18:19

Ronaldinho 11 il sonra İtaliyada C Seriyası matçında çıxır

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Oxşar xəbərlər