top
İdman bürcü - Astroloji PROQNOZ: 17-23 iyun İdman.biz
16 iyun 2024, 10:54
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 17-23 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə ərzində qoçları işlə bağlı maraqlı hadisələr gözləyir. Bu prosesdə yaxından iştirak edəcəyiniz halda uğurlarınız qaçılmazdır. Eyni zamanda, şəxsi sahədə də aktivlik göstərin. Dostlarınız, yaxınlarınızla ünsiyyət qurmalı və qohumları ziyarət etməlisiniz. Həmçinin, bu həftə xərclərinizi də nəzarətdə saxlamalısınız. Həftəsonu xoş istirahət gözləniləndir. Sağlamlığınızla bağlı elə bir problem yaşanmayacaq. Şahmat, karate, üzgüçülük, və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Həftənin əvvəlində buğalar dəyişikliklərə şahidlik edəcək. Bu, daha çox peşəkar sahədə özünü göstərəcək. İstər iş, istərsə də şəxsi həyatınızda təmkinli olmağınız məsləhətdir. Özünüzə güvənsəniz, şəxsi məsələlərdə uğur qazanacaqsınız. Yadıcı fəaliyyətinizdə də ürəkaçan məqamlar görünür. Həftə ərzində çalışın, çox bədxərclik etməyəsiniz. Böyük alışları hələlik təxirə salmalısınız. Basketbol, tennis, cüdo, sambo, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Əkizlər
Bu həftə əkizlər üçün tam fərqli hadisələr baş verəcək. Bununla bağlı təhsilinizə və digər sahələrin inkişafına diqqət yetirməlisiniz. Vəzifəli şəxslərlə görüşləriniz olacaq. Bu şəxslərlə arzu etdiyiniz layihələri reallaşşdırmaq imkanı olacaq. Ən azı möbzu ətrafında telefonla da olsa, məsləhətləşmələr apara bilərsiniz. Həftənin ikinci yarısını istirahətinizə həsr etmək məsləhətdir. Yaxınlarınızı başınıza toplamaq əhvalınızı yüksəldəcək. Voleybol, həndbol, güləş, basketbol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Xərçəng
Bu həftə xərçənglərin işlə bağlı problemləri yarana bilər. Lakin, hələlik bu kimi məqamlara diqqət çəkməməlisiniz. Əsasən həftəboyu qohumlar və dostlarla ünsiyyət qurmalısınız. Yaxınlarınıza ehtiyac duyulduğu zaman kömək etmək vacibdir. Biznesdə bəzi maneələr özünü hiss etdirəcək. Ancaq düzgün yanaşma seçsəniz, onlarla yoluna qoya biləcəksiniz. Həftənin son günləri istirahətinizi təklikdə keçirməyiniz məqsədəuyğundur. Özünüzü gümrah hiss edəcəksiniz. Futbol, şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Şirlər bu həftə çox enerjili təsir bağışlayacaq. Bu isə özlüyündə yaxşıya doğru hesablanır. Bunun sayəsində müxtəlif problemləri həll edə biləcəksiniz. Həmçinin, əvvəllər düşündüyünüz bütün fikirlərinizi reallığa çevirə biləcəksiniz. Bundan sonra özünüzə inam hissi daha da artacaq. Həftənin sonunda bəzi xəbərlər ala bilərsiniz, lakin bu, təsirli olmayacaq. Bir sözlə, onlara o qədər də məhəl qoyulmamalısınız. Bu, yeni işlərinizi müsbət məcraya yönəltməyin yeganə yoludur. Maddi durumunuzda artım hiss edəcəksiniz. Basketbol, güləş, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Qız
Qızlar şəxsi işləri ilə bağlı hələ də düşünməyiblər, lakin cari həftə bu, baş verəcək. Bu günlərdə qərarlar qəbul edəcək, müxtəlif məsələlərlə məşğul olacaqsınız. Həftəboyu qarşılaşacağınız hər hansı vəziyyətlərdən çıxış yolu tapacaqsınız. Mütləq istədiyiniz şəxslə münasibət yaratmağa tələsin, bu, sizin xeyrinizə olacaq. Onlar sizi maraqlandıran bir çox məsələdə yardım edəcək. Həftəsonu çoxlu pul qazanmaq imkanı açılacaq. Üzgüçülük, cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Tərəzi
Həftə tərəzilər üçün çox əlverişli başlayacaq. Heç bir narahatlığınız olmayacaq. Həftənin ortasında çoxdan davam edən münaqişəni həll edəcəksiniz. Bundan sonra görünməmiş rahatlıq hiss edəcəksiniz. Mütləq maliyyə məsələləri ilə məşğul olmalısınız. Çox müsbət dəyişikliklər gözlənilir. İstirahətinizə ciddi yanaşmalı, ev işlərinə qayğı ilə yanaşmalısınız. Cüdo, çövkən, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb
Əqrəblər özlərini həftəboyu çox güclü və enerjili hiss edəcəklər. Bu resurslardan istifadə etməlisiniz. Həftənin ilk günlərində müvafiq işlərinizə başlaya bilərsiniz. Lakin cümə axşamından etibarən daha ciddi işlərə başlamaq lazımdır. Bu günlərdə özünüzə daha çox inanmalı və intuisiyanız ciddi yanaşmalısınız. Bu hislərinizin sizi düzgün yola yönəldəcəyindən əmin olun. Həftənin sonunda gözlənilməz xəbərlər gözləniləndir. Maddi vəziyyətinizdə o qədər də dəyişiklik olmayacaq. Qaçış, qılıncoynatma, güləş, velosiped, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Oxatan
Bu həftə oxatanlar üçün həyatın müxtəlif sahələri dəyişə bilər. Şəxsi işlərinizdə mütləq bəzi dəyişikliklər baş verəcək və sizə yeni layihələr təklif olunacaq. Bir sıra insanlarla münasibətlərinizdə bəzi boşluqlar ortaya çıxa bilər. Bunun münaqişə və ya mübahisəyə səbəb olmamaq üçün çeviklik və bacarıq nümayiş etdirməlisiniz. Həftə sonları heç bir narahatlığınız gözlənnilmir, ürəyiniz istədiyiniz kimi istirahət edin. Voleybol, hokkey, stolüstü tennis, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Oğlaq
Həftə oğlaqların məqsəd və planları üçün əlverişli olacaq. Uzunmüddətli və qısamüddətli səfərlər gözlənilir. Ötən günlərdən qalmış işləri tamlaya biləcəksiniz. Pul məsələsində ekstravaqant olmamalısınız. Şəxsi münasibətlərdə yenidən sınaqlara ehtiyac duyulmayacaq. Bu, yaxşı heç nəyə səbəb olmayacaq və tərəfdaşınızla fikir ayrılığına səbəb ola bilər. Səhhətinizlə bağlı kiçik ağrıların baş verməsi ehtimalı var. Güləş, stolüstü tennis, gimnastika, cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Həftə dolçalar üçün nisbətən cansıxıcı ola bilər. Ona görə də hissə qapılmaqdan qaçın. Daha real şeylər barədə düşünməlisiniz. Bəziləriniz daxili düşüncələrin girdabına qərq olacaqş Lakin, bunu öz xeyrinizə çevirməlisiniz. Nəticələr o zaman inanılmaz olacaq. Maddi durumunuzda yüksəlişlər gözləniləndir. Buna baxmayaraq, pulu ağılla idarə etməlisiniz. Həftboyu sağlam həyat tərzi keçirməyə çalışın. Sambo, avarçəkmə, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Balıqlar
Həftə ərzində balıqların göstərəcəyi səylər mütləq bəhrəsini verəcək. İşə, bir növ şəxsi inkişafa diqqət yetirməlisiniz. Bu sahələrdə mütləq müsbət nəyəsə nail ola biləcəksiniz. Çünki hər hansı bir iş görərkən yaradıcılığınız buna öz təsirini göstərəcək. Ətrafdakı insanlarla kifayət qədər ünsiyyət vəd edilir. Dostlarla görüşəcək, yeni tanışlıqlar qazanacaqsınız. Bəzi xırda münaqişələr baş verə bilər, lakin bunun əhvalınızı o qədər korlamayacaq. Həftəsonunu yaşıllıq ərazidə keçirməyiniz məsləhətdir. Otüstü hokkey, atçılıq, qaçış, üzgüçülük, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Futbol
Bu gün, 11:39

Napoli'dan ayrılaraq De Bruyne, PSV ilə transfer üçün hazırdır

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Futbol
Bu gün, 10:20

Qalatasaray, Beşiktaş və Yüventus Kim Min-Jae ilə maraqlanır

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Futbol
Bu gün, 10:00

Sumqayıtın müdafiəsi Keffel Resende Azərbaycandakı çıxışından danışdı

Digər
Bu gün, 09:51

Kür 1/8 finalda Çair ilə qarşılaşır – rəqibin təcrübəsi

Futbol
Bu gün, 09:40

İtaliya millisi 64 ildən sonra evdə Fransaya qarşı qələbə qazanıb

Futbol
Bu gün, 09:38

Maykl Kerrik 303 gün sonra Manchester Uniteddan uzaqlaşdırıldı

Futbol
Bu gün, 09:37

Niderland – Yunanıstan, Almaniya – Serbiya: Millətlər Liqası A Liqası

Futbol
Bu gün, 09:34

UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə oyun oynayacaq

Futbol
Bu gün, 09:20

Dünyanın ən yüksək maaşlı İtalyan futbolçusu Canluici Donnarumma təyin edildi

Futbol
Bu gün, 09:13

Martinez çənəsi yaralanmanın ardından Argentina milli komandasında geri dönə bilər

Digər
Bu gün, 09:10

Kür həndbol komandası Mingəçevir şəhərində Şimali Makedoniya klubu WHC Çair ilə EHF Avropa Kuboku müsabiqəsində qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan millisi bu gün Lixtenşteynlə üz-üzə gəlir

Futbol
Bu gün, 09:00

Azərbaycana qarşı Lixtenşteynlə UEFA Millətlər Liqası qarşılaşması

Futbol
Bu gün, 08:40

İngilis futbolçuları arasında ən yüksək maaş Ayven Toniya aiddir, Harri Keyn ikinci yerdə

Oxşar xəbərlər