top
Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir Idman.biz
Bu gün, 17:30
- ↺ +

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının ilk dəfə ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

O, bu barədə İdman.Biz-ə açıqlamasında bildirib ki, yarış həm idmançılar, həm də təşkilatçılar üçün böyük həyəcan və məsuliyyət yaradır.

Novruzov qeyd edib ki, indiyədək Avropa Karlar İdman Təşkilatının (EDSO) nümayəndəliyi altında eşitmə məhdudiyyətli idmançılar arasında belə bir Avropa çempionatı təşkil olunmayıb:

"Bu, bir ilkdir. Azərbaycanda deflimpiya hərəkatının inkişafına 2020-ci ildən yeni təkan verilib. Həmin il Azərbaycan Deflimpiya Komitəsinin yaradılması ilə bu istiqamətdə yeni mərhələnin əsası qoyulub. Qısa müddət ərzində komitə və onun təmsil etdiyi idmançılar kifayət qədər böyük uğurlar qazanıblar.

İdmançılarımız müxtəlif Deflimpiya Oyunlarında iştirak ediblər. Hətta ölkəmizin bu yarışlarda ilk qızıl medalını 2025-ci ildə Tokioda keçirilən Deflimpiya Oyunlarında cüdoçumuz Coşqun Əliyev qazanıb. Bu, cüdo idman növünün inkişafı baxımından da mühüm nailiyyət olub.

Bugünkü mövzuya qayıtsaq, ilk dəfə keçirilən bu Avropa çempionatı böyük həyəcan doğurur. Bu həyəcan həm idmançılar, həm də təşkilatçı komitənin əməkdaşları arasında hiss olunur. Belə bir yarışın ölkəmizdə təşkili hər birimiz, dövlətimiz və xalqımız üçün qürurvericidir.

İnanırıq ki, cüdoçularımız çəkdikləri zəhmətin bəhrəsini görəcək və hər kəsi sevindirəcəklər. Əminik ki, bu çempionatın Azərbaycanda keçirilməsi, eləcə də açılış mərasiminin yüksək səviyyədə təşkili eşitmə məhdudiyyətli vətəndaşlarımızın idmana marağının artmasına və onların idmana cəlb olunmasına böyük töhfə verəcək. Ümid edirik ki, yeni nailiyyətlərimiz də olacaq və bu uğurları birlikdə qeyd edəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Oxşar xəbərlər