"Qarabağ" futbol komandası iki yeni transfer əməliyyatı həyata keçirməyi hədəfləyib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, Qurban Qurbanov qış planı ilə rəhbərliyi tanış edib.
Baş məşqçi kreativ hücumçu və sağ cinah vingeri mövqeyinə namizədləri gözdən keçirir. Təcrübəli mütəxəssisə boşluq gördüyü zonaları gücləndirmək məqsədilə əlavə büdcə ayrılıb.
Ağdam təmsilçisi mövsümlərarası fasilədə 11 əməliyyat həyata keçirib.