top
Bəxtsiz “Lokomotiv” - TƏQDİMAT İdman.biz
13 iyun 2024, 11:26
- ↺ +

Bəxtsiz “Lokomotiv” - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyulun 14-dək davam edəcək yarış sabah start götürəcək.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını bu gün başa çatdırır.

Təqdim edəcəyimiz sonuncu komanda Çexiya millisidir. "Xalq komandası" F qrupunda favorit Portuqaliya, qardaş Türkiyə və qonşu Gürcüstanla mübarizə aparacaq.

Darmadağınla bilet
Çexiya AVRO-2020-yə vəsiqəni seçmə mərhələdən qazanıb. Yaroslav Şilqavının yetirmələri Albaniya, Polşa, Moldova və Farer adaları ilə eyni qrupda mübarizə aparıb. Əsas rəqiblərindən biri Polşanı startda məğlub edən çexiyalılar tsikli heç də yaxşı keçirməyib. Səfərdə cəmi bir qələbəsi olan komanda taleyini son tura saxlayıb. Moldova ilə evdəki görüşdə qalib gəlməli olan "Lokomotiv" 3:0 hesablı darmadağınla Almaniya biletini əldə edib. Amma 15 xalla qrup ikincisi olan yığmanın baş məşqçisi tsikl bitən kimi istefa verib. Bu ilin yanvarında İvan Qaşek milliyə qayıdıb. O, 15 ildən sonra komandanın sükanı arxasına keçib.

"Qızıl qol"la "Gümüş qol"un qurbanları
Çexiya millisi Avropa çempionatlarının final mərhələlərinin daimi iştirakçısıdır. Çexoslovakiya bölündükdən sonra yarışdan kənar qalmayan "Xalq komandası" ən böyük uğurunu ilk cəhddə qazanıb. AVRO-1996-da Çexiya finalda Berti Foqtsun Almaniyasına uduzub – 1:2. 8 il sonra yarımfinala qədər irəliləyən "Lokomotiv"i gələcək çempion Yunanıstan dayandırıb – 0:1. Hər iki turnirdə Çexiya həlledici topu əlavə vaxtda buraxıb. AVRO-1996-da "Qızıl qol", səkkiz il sonra isə "Gümüş qol" qaydası işlədiyindən Oliver Birhoff və Trayanos Dellas çexlər üçün "qatil" rolunu oynayıblar. Maraqlıdır ki, Birhioff tarixə "Qızıl qol"un ilk, əlavə vaxtın ilk yarısının uzatma dəqiqəsində fərqlənən Dellas isə yeganə müəllifi kimi düşüb. Bu da çexlərin bəxtsizliyini göstərir. AVRO-2012 və AVRO-2020-də 1/4 finala yüksələn yığmanı öncə Danimarka, ardınca Portuqaliya dayandırıb. Yeddi dəfə final mərhələsində oynayan Çexiya digər üç cəhdindən qrupda qalıb.

Çexiya millisinin qrupdakı oyunları:
18 iyun. Portuqaliya - Çexiya
22 iyun. Gürcüstan - Çexiya
26 iyun. Çexiya – Türkiyə

Qeyd edək ki, F qrupunun görüşləri 4 fərqli şəhərdə - Hamburq, Helzenkirhen, Dortmund və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Futbol
Bu gün, 11:39

Napoli'dan ayrılaraq De Bruyne, PSV ilə transfer üçün hazırdır

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Oxşar xəbərlər