Bəhreynin paytaxtı Manama şəhərində 8–14 fevral tarixlərində parabadminton üzrə dünya çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda Azərbaycan ilk dəfə iki kateqoriyada təmsil olunacaq.
Kişilərin mübarizəsində İbrahim Əliyev SU-5 kateqoriyasında fərdi yarışda qüvvəsini sınayacaq. Qadınlardan Zəhra Salmanlı və Nərmin İsgəndərova isə SH-6 kateqoriyasında həm şəxsi, həm də qoşa növdə medal uğrunda mübarizə aparacaqlar.
Paralimpiyaçılarımızı turnirə baş məşqçi Teymur Abbasov çıxaracaq.