Bu gün cüdo üzrə Zaqrebdə Qran-prisinə start verilib.
İdman.biz xəbər verir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxıb.
Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz iştirak edir.
Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq
Əhməd Yusifov ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini, 1/8 finalda isə belçikalı Olivier Naerti məğlub edib. Yusifov 1/4 finalda Lior Rafailovdan (İsrail) da üstün olub. Əhməd yarımfinalda komanda yoldaşı Turan Bayramovdan da üstün olaraq finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda Şerzod Davlatova (Qazaxıstan) uduzaraq, gümüş qazanıb.
Turan Bayramov 1/8 finalda Qabin Supervilldən (Fransa) güclü olub. Bayramov 1/4 finalda Daniel Leutgebə (Avstriya) də qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Əhməd Yusifova uduzan Turanın bürünc medal uğrunda görüşdə rəqibi Artem Lesyuk (Ukrayna) qalib gəlib.
66 kq
Ruslan Paşayev 1/8 finalda Dani Klaçarı yolundan uzaqlaşdırıb. O 1/4 finalda irailli Eran Fiksdən də üstün olub. Ruslanın yarımfinalda Maykl Frayerə (Böyük Britaniya) uduzub. Paşayev bürünc uğrunda Balint Qombasla (Macarıstan) güləşəcək.
Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşviliyə uduzaraq mübarizəni dayandırıb.
Qadınlar
52 kq
Aydan Vəliyeva 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib. Vəliyeva 1/4 finalda Roza Qyertyasla (Macarıstan) bacarmayıb. Aydan bürünc medal uğrunda təsəlliverici görüşdə Lapuerta Komasa qalib gəlib. Vəliyeva bürünc uğrunda görüşdə Tereza Bodnarovanı (Çexiya) sınağa çəkəcək.
Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.
İdman.biz
Sportnews.az — idman dünyasında baş verən əsas hadisələrə həsr olunmuş aparıcı idman portalıdır. Biz hər gün ən son xəbərləri, oyun nəticələrini, müsahibələri, analizləri və proqnozları təqdim edirik.
Saytımızda siz tapa bilərsiniz:
Futbol: yerli və beynəlxalq liqalar, xüsusi diqqət — "Qarabağ" FK
Tennis, şahmat, gimnastika, voleybol, basketbol
Döyüş növləri: boks, güləş, cüdo
Formula 1 və Olimpiya Oyunları
Eləcə də diqqətəlayiq digər idman növləri
Biz azərbaycanlı idmançıların uğurlarını izləyirik, mühüm turnirləri işıqlandırırıq, yığmaların hazırlığı və fərdi nailiyyətlər barədə məlumat veririk. Bütün materiallar faktlara, ekspert şərhlərinə və keyfiyyətli təqdimata əsaslanır.
Niyə məhz Sportnews.az:
Yalnız aktual və etibarlı xəbərlər
Azərbaycan və dünya idmanının tam əhatəsi
Rahat struktur, müntəzəm yenilənmələr, obyektiv baxış
Əsas idman xəbərlərindən xəbərdar olmaq üçün bizimlə qalın.
Sportnews.az — burada idman ucadan danışır.