Abşeron Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürüb.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildirilib.
Yarışın ilk günündə 198 cüdoçu mübarizəyə qoşulub. Qızlar arasında 40 kq, 48 kq, 57 kq və 70 kq, oğlanlarda isə 50 kq, 60 kq, 73 kq və 90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib.
Qızlar
40 kq
1. Sunay Salamova (RKİM)
2. Sofiya Bıkova (Maştağa İK)
48 kq
1. Nigar Heydərzadə (Champion 74)