BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, bu gün fərdi yarışlara yekun vurulacaq.
Mundialın 5-ci günündə üç çəkidə mükafatlar sahibini tapacaq. Azərbaycan millisinin üzvü Zelim Kotsoyev də tatamiyə çıxacaq.
Kişilər
100 kq
Zelim Kotsoyev mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşündə Yunq-Hun Vonqu (Cənubi Koreya) məğlub edib. Kotsoyev 1/8 finalda israilli Peter Palçiklə güləşib və uğurlu seriyanı davam etdirib.
Qeyd edək ki, Azərbaycan yığması çempionatın əvvəlki dörd günündə 1 qızıl medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə bütün rəqiblərini üstələyib.
İdman.biz