Azərbaycan cüdoçusu Gülşən Hüseynova III MDB Oyunlarının qızıl medalını qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 44 kq çəki dərəcəsində bu uğura imza atıb.
Eyni çəkidə yarışan Xədicə Abdullayevanın qazancı isə bürünc medaı olub.
17:31
Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Məhəmmədəli Hüsiyev (55 kq) gümüş medal qazanıb.
İbrahim Talıbov (55 kq) isə bürünc medalla kifayətlənib.
17:17
Azərbaycan daha iki cüdoçusu III MDB Oyunlarında medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, finalda uduzan Sunay Salamova (40 kq) gümüş medal medalla kifayətlənib.
Anar Quliyevin (50 kq) qazancı isə bürünc medal olub.
13:09
Azərbaycan daha bir cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Fidan Cəlilli (70 kq) turnirdə üçüncü yerə çıxıb.
Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Zemfira Əliyeva (+70 kq) bürünc mükafata sahib çıxmışdı.
III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.
12:40
Azərbaycan cüdoçusu III MDB Oyunlarında bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Zemfira Əliyeva (+70 kq) turnirdə üçüncü yerə çıxıb.
Bu çəki dərəcəsində görüşlər dairə sistemlə keçirilib.
Qeyd edək ki, III MDB Oyunlarında cüdo yarışları oktyabrın 5-də başa çatacaq.
cüdo III MDB Oyunları Bürünc medal