top
Sahil Babayev: Azərbaycan boksçuları 2025-ci ildə ötən ilə nisbətən 50 faiz çox medal qazanıblar Idman.biz
30 dekabr 2025, 13:15
- +

Sahil Babayev: Azərbaycan boksçuları 2025-ci ildə ötən ilə nisbətən 50 faiz çox medal qazanıblar

Azərbaycan boksçuları 2025-ci ildə ötən ilə nisbətən 50 faiz çox olmaqla 231 medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev qurumun bu ilin yekunları və gələnilki hədəflərə həsr olunan tədbirində bildirib.

Tədbirdən əvvəl ABF-nin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Yığıncaqda Sahil Babayev idmançıları və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda qazandıqları 231 medaldan 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.

ABF prezidenti rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötənilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib.

Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.

Sahil Babayev cari ildə boksumuzun maddi-texniki bazasının da gücləndirildiyini deyib. Qeyd edib ki, Lənkəranda Cənub Regional Boks Mərkəzi istifadəyə verilib, Gəncə, Qazax və İmişli Olimpiya İdman Komplekslərində boks bölmələri fəaliyyətə başlayıb. Paytaxt və bölgə klublarına, zallara müasir avadanlıqlar, ləvazimatlar verilib. Bölgələrdə boksun inkişafı üçün görülən işlərin müsbət nəticəsi kimi Şabrandan Xumar Cəfərli U-15, Lənkərandan Qardaş Rəhimov U-17 Avropa çempionatlarında qızıl medallara yiyələniblər.

Federasiya prezidenti Azərbaycan hakimlərinin mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini vurğulayıb. O, Boks Federasiyasının, boks üzrə milli komandanın və baş məşqçinin, dünya çempionunun və həkimin Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2025-ci ilin yekunları üzrə müxtəlif nominasiyalarda fərqlənməsini yüksək qiymətləndirib.

2026-cı illə bağlı plan və hədəflərdən bəhs edən Sahil Babayev 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək Dünya Kubokunda, Avropa və dünya çempionatlarında maksimum nəticələrin əldə edilməli olduğunu deyib. O, regionlarda və Bakıdakı klublara, boks zallarına dəstəyin davam etdirilməsini, bir neçə rayonun Olimpiya İdman Komplekslərində də boks bölmələrinin fəaliyyətə başlamasını tapşırıb, görüş iştirakçıların qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrikini və xoş arzularını çatdırıb.

Federasiyasının baş katibi Nağı Səfərovun hesabatından sonra məşqçilər və boksçuları maraqlandıran məsələlər müzakirə olunub, tövsiyə və tapşırıqlar verilib. 2025-ci ildə uğur qazanan boksçulara və milli komandaların baş məşqçilərinə təşəkkürnamələr təqdim olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 12:27

2026-cı ilin yay transfer pəncərəsi: Milyardlarla dolu, Premyer Liqa liderliyi və yeni coğrafiyalar

Futbol
Dünən, 12:20

Al‑Ittihad və Diriyah klubları Aston Villa ulduzu Leon Bailey‑ni transfer etmək istəyir

Digər
Dünən, 12:15

Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı 4‑6 sentyabr tarixində keçiriləcək

Futbol
Dünən, 12:03

Tyerri Anri: Barkola sürəti ilə ciddi silaha çevrilə bilər

Futbol
Dünən, 12:00

Samir Əliyev: Komandaların real gücünü dəyərləndirmək üçün ən azı 7-8 oyun tələb olunur

Futbol
Dünən, 11:40

Everton Jordan Tezeni Monakoya köçürə bilməyəcək

Futbol
Dünən, 11:39

“Sabahın Ulduzları” U-14 Bakı Kubokunda səkkizinci turu 4:1 hesabı ilə tamamladı

Futbol
Dünən, 11:20

Manchester United müdafiəsini gücləndirmək üçün addımlar atır

Futbol
Dünən, 11:10

Aqil Nəsibov “Şəfa”dan ayrıldı, “Şahдаğ Qusar”a yarımmüdafiəçi kimi qatıldı

Futbol
Dünən, 11:00

Karvan‑Yevlax yeni yarımmüdafiəçi ilə müqavilə imzaladı

Futbol
Dünən, 10:41

İkinci Liqada birinci turun son üç matçı bu gün 17:00‑da keçiriləcək

Futbol
Dünən, 10:40

Arsenal, Martin Subimendi'nin Çelseyə keçməsinə “yox” dedi

Futbol
Dünən, 10:20

Liverpool, Chelsea müdafiəçisini icarəyə götürmək istədi, razılaşma əldə olunmadı

Digər
Dünən, 10:14

Avarçəkmə və kanoe çempionatının ilk günü qalibləri müəyyənləşdirildi

Futbol
Dünən, 10:00

Zirə klubu Portuqaliyaya 150 min avro dəyərində transfer planlaşdırır

Digər
Dünən, 09:50

Bakıda Aquatic Palace Mini Su Polosu Festivalı keçirilib: 10 komanda yarışdı

Futbol
Dünən, 09:40

Dani Sebalyos Realdan ayrıldı, Betisə imza atdı

Futbol
Dünən, 09:23

Messi Argentina milli komandası rekordlarını ikiqat artırdı

Futbol
Dünən, 09:23

“Baku Sportinq”dən “Karvan-Yevlax”a İlkin Muradov qoşuldu

Futbol
Dünən, 09:20

Harvi Elliott "Liverpul"dan Valensiyaya keçdi

Futbol
Dünən, 09:08

Barselona iki futbolçusunun Antverpenə və Venesiya’ya keçidi açıqlanıb

Futbol
Dünən, 08:40

Botafogo, Mateus Martinsın transferi üzrə Moskva Dinamo’ya məhkəmə iddiası qaldırır

Futbol
Dünən, 08:20

Avropanın aparıcı liqalarında yay transfer pəncərəsi bağlandı

Futbol
Dünən, 08:00

Manchester City, Enzo Fernández’in 145 milyon avroluq transferini həyata keçirdi

Oxşar xəbərlər